Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri 8-9 sentyabr tarixində gerçəkləşəcək. 
   Saat 19-da paytaxtın Fəvvarələr meydanında başlanan “Retro Bakı” musiqili axşamlarında bu dəfə müğənnilər İlqar Sail, Samir Rəcəbov və Elxan Çələbi, reper Anar Nağılbaz maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.
   Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. Hər həftə cümə və şənbə günləri təşkil olunan konsertlər sentyabrın 15-dək davam edəcək.