Sentyabrın 20-də Yuğ Dövlət Teatrı ötən mövsümünün son premyeralarından olan «Səsimi unutma» tamaşası ilə yeni mövsümə start verəcək. 
   Yazıçı-dramaturq Kamal Abdullanın «Bir, iki, bizimki» pyesi əsasında hazırlanmış tamaşada əməkdar artistlər Gülzar Qurbanova və Məmmədsəfa Qasımov, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edirlər. Birhissəli yuğlama kimi hazırlanmış tamaşanın quruluşu teatrın baş rejissoru Gümrah Ömərə, səhnə tərtibatı teatrın baş rəssamı Rəşid Şerifə məxsusdur. Geyim üzrə rəssam Leyla Əliyeva, musiqi tərtibatçısı Amid Qasımovdur. 
   Mövsümün açılışı barədə məlumat verən teatrın direktoru Tərlan Rəsulov söylədi ki, hazırda teatrda yeni mövsümdə təhvil veriləcək bir neçə tamaşa üzərində yaradıcılıq axtarışları gedir. 
   
   G.Mirməmməd