Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Yazıçılar Birliyinin Sumqayıt bölməsi və S.Vurğun adına şəhər Mərkəzi kitabxanasının Uşaq şöbəsinin birgə təşkilatçılığı ilə Xızı rayonunda şair Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib.
   Tədbir Mikayıl Müşfiq muzeyində gerçəkləşib. Muzeyin direktoru Orxan Əzimov şairin qısa ömür yolu və zəngin yaradıcılığı haqqında ətraflı məlumat verib. 
   Şairin abidəsi önündə davam edən tədbirdə yazıçı Hafiz İmamnəzərli, şairə, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin çıxış ediblər. Bildirilib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd uşaqların mütaliə marağını artırmaq, onlarda ədəbi zövqü inkişaf etdirmək və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini uşaqlara tanıtmaqdır.
   Sumqayıt şəhər Sabir Sarvan adına uşaq poeziya klubunun üzvləri Mikayıl Müşfiqin şeirlərini söyləyiblər.