Sentyabrın 6-da Qusar şəhər Şahmat mərkəzində rayon Mərkəzi kitabxanası tərəfindən səyyar kitabxana xidməti təşkil olunub. Tədbirdə 120-yə yaxın müxtəlif adda uşaq ədəbiyyatı və “danışan kitablar” mərkəzdə məşğul olan uşaqlara təqdim olunub, kitabların icmalı keçirilib. Kiçik yaşlı oxucular müsabiqələrdə iştirak edib, şeir və mahnılar söyləyiblər.
   Bu qəbil tədbirlərin məqsədi uşaqları mütaliəyə həvəsləndirmək, onlara oxu mədəniyyəti aşılamaqdır. Şahmat mərkəzinin rəhbərliyi səyyar xidmətə görə kitabxana işçilərinə təşəkkürünü bildirib.