Azərbaycanda hotellərlə bağlı Texniki Komitə yaradılıb və bu sahədə müasir standartların hazırlanması davam etdirilir. 
   Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov jurnalistlərə açıqlamasında deyib.
   Komitə sədrinin sözlərinə görə, yeni standartların müəyyən bir hissəsi artıq qəbul edilib. Eyni zamanda bu sahənin təkmilləşdirilməsi ilə əlaqədar yeni normativ sənədlər də qəbul olunacaq. Ümumilikdə isə sözügedən standartlar xidmətin səviyyəsinin artırılması məqsədini daşıyır.