Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının bu il üzrə 2-ci sayı çapdan çıxıb. Jurnalda Azərbaycanda turizm sahəsinin kadr planlaşdırılması, brend imicinin ixraca təsiri, ali təhsildə kouçinq və mentorluq, mehmanxanalarda müştəri məmnuniyyəti, ölkənin mövcud iqtisadi potensialının yol xəritələrinin perspektiv inkişafında roluna həsr olunan elmi araşdırma nəticələri yer alıb.