Ukraynanın Odessa, Lvov və Kiyev şəhərlərində hökumət tərəfindən turist polislərinin yaradılması layihəsinə baxılır. Odessa vilayətinin Milli Polis Baş İdarəsinin rəisi Dmitriy Qolovin qeyd edib ki, layihəyə əsasən, turist polislərinin mayın 1-dən sentyabrın 15-dək fəaliyyəti nəzərdə tutulur.
   “Turist polislərini maksimum texniki vasitələrlə təchiz etmək planlaşdırılır. Bu polislər kurort sahələrindəki cinayətlərin aradan qaldırılması, bu şəhərlərin turistlər üçün cəlbediciliyini artırmaq və digər bu kimi məsələlərə kömək edəcək", - deyə o bildirib.