Sentyabrın 11-də Bakıdakı Xətai Sənət Mərkəzində Naxçıvan Rəssamlar Birliyinin təşkilati dəstəyi və “Cahan Holding”in sponsorluğu ilə Naxçıvanda böyüyüb boya-başa çatmış gənc rəssam Səbrəli Nəbiyevin “Aydınlığın rəssamı - rəssamın aydınlığı” adlı fərdi sərgisi keçiriləcək.
   Gənc rəssam hazırda Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakültəsində oxuyur. Müxtəlif mövzularda yağlı boya, qara qələm və s. texnikalar ilə əsərlər yaradıb.
   Sərgidə gənc rəssamın 60-dan çox əsəri nümayiş olunacaq.