Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nailə Mustafayevanın “XVIII-XIX əsrlər Azərbaycan ədəbiyyatında müxəmməs janrı” kitabı çapdan çıxıb. 
   İnstitutdan verilən məlumata görə, kitabda XVIII-XIX əsrlər Azərbaycan poeziyasında müxəmməs janrında yazılmış əsərlər əsasında ədəbiyyatımızın həmin dövrlərdəki inkişaf xüsusiyyətləri araşdırılıb. Müəllif əlyazma mənbələrini araşdırmaqla bir sıra qeyri-mətbu müxəmməsləri də aşkara çıxarıb, indiyədək nəşr olunmuş müxəmməslərdəki səhvləri düzəltməklə oxuculara təqdim edib.
   “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, elmi məsləhətçisi akademik Rafael Hüseynovdur.