Belarusda 7 mindən çox kitabxana fəaliyyət göstərir
   
   Belarusun hər üçüncü vətəndaşı kitabxana abunəçisidir. Statistikaya əsasən, ölkə əhalisinin 32 faizi kitabxanalardan istifadə edir.
   Bu sözləri Belarusun Mədəniyyət Nazirliyinin şöbə müdiri Natalya Zaderkovskaya jurnalistlərə müsahibəsində deyib.
   Onun sözlərinə görə, bu gün Belarusda 7 mindən çox ictimai və xüsusi kitabxana fəaliyyət göstərir. 2016-cı ildə ictimai kitabxanalara 26,5 milyon dəfə müraciət olunub ki, bu da 2015-ci illə müqayisədə 3,4 faiz çoxdur. Qeyd edək ki, Belarus Respublikasının əhalisi 9,5 milyon nəfərdir. 2020-ci ilə qədər Belarusda kitabxana istifadəçilərinin 20 faizə qədər artacağı proqnozlaşdırılır.