Amerika Kino Akademiyası kinematoqrafiya sahəsində xidmətlərinə görə “Oskar” mükafatına laureatların adlarını açıqlayıb.
   Məlumata görə, laureatlardan biri 82 yaşlı aktyor Donald Sazerlenddir. O, karyerası ərzində 140-dan artıq filmdə çəkilib. Onların arasında “Conni silahı götürdü”, “M.E.Ş. hərbi-səhra hospitalı”, “Qürur və qərəz” kimi filmlər var.
   Mükafat, həmçinin rejissor və ssenarist Çarlz Bernettu (“Qoyun qatilləri”) və Anes Vardeyə (“Xoşbəxtlik”, “Kleo 5-dən 7-yə qədər”), eləcə də operator Ouen Royzman (“Şeytan qovan”, “Tutsi”, “Teleset”) veriləcək.
   Mükafat qaliblərə noyabrın 11-də təqdim olunacaq.