Sentyabrın 17-də Los-Anceles şəhərində sayca Amerika Televiziya Akademiyasının 69-cu olan “Emmi” mükafatının təqdimat mərasimi baş tutacaq. Builki mərasimin aparıcısı Stiven Kolber olacaq.
   Dramatik kateqoriyaya düşmək üçün 180 müxtəlif serial, 140 aktyor və 113 aktrisa mübarizə aparıb. 
   “Ən yaxşı dramatik serial” üzrə nominasiyada “Çox qəribə işlər”, “Xidmətçinin nağılları", “Tac”, “Vəhşi Qərb dünyası", "Yaxşısı Saula zəng etməkdir”, “Bu, bizik” kimi serialar iddialıdır. 
   Bu nominasiyada 22 kateqoriya üzrə “Vəhşi Qərb dünyası” liderdir. Həmçinin “Tac” serialının “Emmi” mükafatını qazanmaq üçün böyük şansı var. 
   “Düşmənçilik” və “Çox qəribə işlər” 18 nominasiya, "Vitse-prezident", “Böyük kiçik yalan” və “Farqo” 16, “Xidmətçinin nağılları” 13 nominasiya üzrə təqdim edilib.
   “Ən yaxşı dram aktrisası” nominasiyasında Keri Rassel, Evan Reyçel, Viola Davis və başqaları yarışacaqlar. “Ən yaxşı dram aktyoru” adına isə Mettyu Riz, Bob Odenkerq, Kevin Speysi, Entoni Hopkins təqdim olunub. 
   Teleşoular arasında ən çox 22 nominasiya üzrə “Şənbə axşamı canlı yayımda" verilişi iddialıdır.
   Qeyd edək ki, “Emmi” mükafatı hər il Amerika Televiziya Akademiyası tərəfindən televiziya sahəsində uğurlu nailiyyətlərinə görə şou və seriallara verilir.
    
   İlona