Azərbaycan Xalça Muzeyi dünyanın ən məşhur turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik sertifikatı 2017” mükafatına layiq görülüb.
   Muzeydən bildirilib ki, 2010-cu ildə təsis edilmiş “Mükəmməllik sertifikatı” mükafatı müəssisələrin göstərdiyi xidmətlərə “TripAdvisor” istifadəçilərinin bildirdikləri rəy və münasibətlər əsasında təqdim olunur. Milyonlarla insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerləri, tarixi məkanları, keyfiyyət və xidmət sahələrindən məmnunluğu əsasında “TripAdvisor” ildə bir dəfə “yaxşıların yaxşısı”nı seçir və dünyaya təqdim edir.
   Azərbaycan Xalça Muzeyinin “Mükəmməllik sertifikatı 2017” mükafatına layiq görülməsi ölkəmizin zəngin mədəni irsinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin daha bir göstəricisidir.