Sentyabrın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında bir neçə rəssamın "Uzaq üfüqlər" adlı rəsm sərgisi açılacaq.
   Sərgidə altı gənc rəssamın - Gülnarə Kuzukova, Qafar Rzayev, İslam Həsənəlizadə, Aytən Abdullayeva, Natəvan Həsənəlizadə və Sultan Babazadənin əsərləri təqdim ediləcək. Rəssamlar hər biri şəxsi müşahidə və tədqiqatlara əsaslanan əsərlər ərsəyə gətiriblər. İnsan haqları, cəmiyyətin problemləri, müasir həyat tərzi, mənəviyyat və irs mövzularına toxunan rəssamların hər biri "uzaq üfüq" rolunda çıxış edərək, öz mövqeyini təqdim edirlər.
   Sərgi oktyabrın 1-dək ziyarətçilər üçün açıq olacaq.