Açıq səma altında növbəti sərgi
   
   Sentyabrın 16-da İçərişəhərdə açıq səma altında gənc rəssamların əsərlərindən ibarət sərgi açılacaq. Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə keçiriləcək. Təşkilatdan bildiriblər ki, “İçərişəhərdə incəsənət həftəsonları” (“Art weekends in Icheri Sheher”) layihəsi çərçivəsində təşkil olunan sərgidə müxtəlif texnika ilə işlənmiş sənət əsəri paytaxt sakinləri və şəhərimizin qonaqlarına təqdim ediləcək.
   Qeyd edək ki, layihə çərçivəsində insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə hər həftənin şənbə və bazar günləri müxtəlif sərgilər təşkil edilir.