Sentyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında mərkəzin nəzdində yaradılan "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun Bakı şəhəri üzrə üzvlərinin ilk görüşü keçiriləcək.
   Mərkəzdən bildirilib ki, görüşdə məqsəd gənc mədəniyyət işçiləri arasında informasiya mübadiləsi üçün virtual müstəvidə fəaliyyətin aparılması, işgüzar yaradıcı mühitdə daha effektiv koordinasiya işlərinin görülməsi və regionlarda gənclərin ideya zənginliyinin artırılması istiqamətində işlərin fəallaşdırılmasıdır.
   Tədbirdə paytaxtın bütün rayonlarını əhatə edən 200-dək gənc mədəniyyət işçisinin iştirakı gözlənilir.