Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi ötən həftəsonu yenə Bakı sakinlərinin və qonaqlarının görüşünə gəlib. 
   Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə Fəvvarələr meydanında keçirilən konsertlərdə müğənnilər İlqar Sail, Samir Rəcəbov və Elxan Çələbi, reper Anar Nağılbaz, istedadlı ifaçılar Aliyə Novruzova, Nicat Cəfərzadə, Fuad Əsədov, Gülnar Soltan, Hüseyn Xəlilov, Validə Salayeva, Mədinə Babayeva, Araz Ozara, Aybəniz Çələbi, Çimnaz Sultanova, Məryəm Şabanova, Delya Əliyeva, “Köhnə Bakı” və “Məşəl” rəqs ansamblları çıxış edib.
   Rəngarəng musiqi sədaları altında paytaxt sakinləri və turistlər rəqslər edib, maraqlı anlar yaşayıblar.