Quba rayon Bəşir Səfəroğlu adına Mədəniyyət mərkəzində rayon MKS və “Nurlu Sabah Uşaq-Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən “Dövlət rəmzlərinə hörmət hissinin təbliği” adlı dəyirmi masa keçirilib.
   Tədbirdə MKS-nin Mərkəzi kitabxanasının işçiləri, ictimai birliyin üzvləri, rayonun fəal gəncləri iştirak edib.
   Layihə rəhbəri Ramin Xudayev, MKS-nin direktor müavini Hüriyyə Sultanova çıxış edərək layihənin məqsədi, dövlət rəmzlərinə ehtiram hisslərinin aşılanmasının cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsində rolundan söz açıblar. Mədəniyyət ocaqlarında dövlət rəmzlərinin təbliği ilə əlaqədar tədbirlərin əhəmiyyəti vurğulanıb.
   Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və gənclərə bayraqlar hədiyyə edilib.