Xətai Sənət Mərkəzində Uşaq rəsm yaradıcılıq studiyası yeni dərs ilini açıq elan edib. 6 yaşından başlayaraq hər bir uşaq dərslərdə iştirak edə bilər. Dərslər həftənin 5 iş günü saat 10.00-da 18.00-dək, şənbə və bazar günləri isə saat 10.00-dan 15.00-dək davam edəcək. 
   Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn yaradıcılıq studiyası uşaqların bədii zövqünün formalaşdırılması və onlarda incəsənətə marağın artırılması məqsədilə yaradılıb.