Qusar Dövlət Ləzgi Dram Teatrında yeni mövsüm sentyabrın 15-də “Xanuma” tamaşası ilə başlayır. Gürcü dramaturqu Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru Bağır Əliyevdir.
   Qusar şəhər Mədəniyyət mərkəzində nümayiş etdiriləcək səhnə əsərində hadisələr XIX əsrdə Tiflis şəhərində baş verir. Müflisləşən knyaz bu vəziyyətdən yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir. Buna görə də şəhərin ən tanınan yengəsi Xanumaya üz tutur.
   Əsərin ilk nümayişi tamaşaçılara pulsuz təqdim olunacaq.