Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi Ağdam və Laçın rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin iştirakı ilə Bilik günü ərəfəsində tədbir keçirilib. İdarənin rəis müavini Vüqar Qədirov, Laçın Rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Türkanə Nuruyeva, Cabbar Qaryağdıoğlu adına Ağdam rayon 1 nömrəli Uşaq musiqi məktəbinin direktoru Yeganə Vəliyeva, 1 nömrəli Laçın şəhər Uşaq musiqi məktəbinin direktoru Gülsüm Məhərrəmova çıxış ediblər. 
   Çıxışlarda ölkəmizdə mədəniyyətin təbliği, inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən söz açılıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən tapşırıqların məsuliyyətlə yerinə yetirilməsinin, qərar və sərəncamların prinsipiallıqla icrasının təmin olunmasının vacibliyi vurğulanıb.