Məmməd Səid Ordubadinin Bakıdakı xatirə muzeyində 18 sentyabr - Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tələbələri iştirak ediblər.
   Muzeyin direktoru Lalə Abaszadə, muzeyin bələdçisi Nərmin Baxşıyeva, Azərbaycan Milli Konservatoriyanın baş müəllimi Hicran Hacızadə, Dövlət Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva Milli musiqi gününün tarixindən və önəmindən söz açıblar.
   Hicran Hacızadə görkəmli bəstəkar Fikrət Əmirovun M.S.Ordubadinin sözlərinə bəstələdiyi “Gülərəm, gülsən” mahnısını fortepianoda səsləndirib.