Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Mövlud Vəli oğlu Ocaqova Prezidentin fərdi təqaüdünün verilməsi barədə sərəncam imzalayıb. M.Ocaqov musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə fərdi təqaüdə layiq görülüb.
   Dövlət başçısı həmçinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
   Sərəncama əsasən, Sabir Əliyev “Xalq artisti”, Tamilla Əliyeva, Əliəhməd İbrahimov, Vasif Məhərrəmov, Nadir Məlikov, Rafiq Məmmədov, Əfsər Novruzov, İlahə Sadıq-zadə “Əməkdar artist” adına layiq görülüb.
   Solmaz Axundova, Zülfiyyə Sadıqova və Aliyə Zeynalovaya “Əməkdar müəllim”, Rasim Ağasızadə və Zülfiyyə İbadovaya “Əməkdar mədəniyyət işçisi” fəxri adları verilib.