Sentyabrın 18-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib. Məktəbin Nəzəriyyə şöbəsinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahova “Üzeyir irsi” adlı məruzə ilə çıxış edib. 
   Daha sonra məktəbin şagirdləri Fatimə Səlimzadə (kamança), Leyla Həşimova, Məryəm Məmmədova, Nəsibə Mirzəyeva (qanun), Səhər Abbasova, Fərhad Həsənov (xanəndə), Ənvər Mədətov (qarmon), Ülvi Tahirov (violin), Kənan Əsgərov (balaban) və məktəbin məzunu Mahir Tağızadənin (vokal) ifasında konsert təqdim olunub. Ü.Hacıbəylinin “Aşıqsayağı” triosu, “Sevgili canan” romansı, “Koroğlu” operasından və “Arşın mal alan” operettasından parçalar səsləndirilib. 
   Sonda məktəbin məzunu, Prezident təqaüdçüsü Nərgiz Hüseynzadə (violin) görkəmli bəstəkar F.Əmirovun Ü.Hacıbəyliyə ithaf etdiyi “Xatirələr” əsərini ifa edib.