Azərbaycan Milli İncəsənət Muzeyində Milli musiqi gününə həsr edilmiş konsert keçirilib. Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdləri maraqlı proqram təqdim ediblər.
   Şagirdlər Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları əsasında kiçik tamaşa və musiqili proqramla çıxış ediblər.
   Tədbirin sonunda milli filmlərdən fraqmentlər, musiqi ifaları və səhnəciklər nümayiş olunub.