Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan MKS və kitabxana filialları müntəzəm olaraq uşaq bağçalarında görüşlər, söhbətlər, məlumat və nağıl saatları təşkil edirlər.
   Bağça yaşlarında uşaqlar üçün belə tədbirlərin keçirilməsi onların kitabxanaya, mütaliəyə marağını artırır və gələcəkdə kitab oxumaları üçün sağlam təməl yaradır.
   Nağılların tərbiyəvi əhəmiyyəti uşaqlara aşılanır, onlar bir neçə dəqiqəlik də olsa ətraf aləmdən ayrılıb nağıl qəhrəmanlarının dünyasına səyahət edirlər.
   Həmçinin, uşaqlar arasında bir-birindən maraqlı viktorinalar, oyunlar təşkil olunur və onlara kitablar hədiyyə edilir.