Oktyabrın 25-də Fransanın tanınmış akkordeon ifaçısı Rişar Qalyano Bakıda konsert proqramı ilə çıxış edəcək. Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə keçiriləcək konsert Bakı Caz Festivalı çərçivəsində baş tutacaq.
   Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında “Baku Sinfonietta” orkestrinin və Rişar Qalyanonun (Richard Galliano) iştirak edəcəyi gecəni Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycan-Fransız İnstitutu təşkil edir.
   Fransalı musiqiçinin 50-dən çox diski işıq üzü görüb. O, həmçinin caz və şanson üslubunda ifa edən musiqiçilərlə birgə çalışıb.