Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 132 illiyi və 18 sentyabr - Milli musiqi günü münasibətilə Ağcabədi şəhərindəki Mədəniyyət mərkəzində konsert təşkil olunub. 
   Konsert proqramı Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunub.
   Tədbirdə Ü.Hacıbəylinin həyat və yaradıcılığı, 2009-cu ildən ənənəvi olaraq gerçəkləşən beynəlxalq festival haqqında söz açılıb.
   Konsertdə dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilib. 
   * * *
   İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Rəşid Behbudov adına Uşaq incəsənət məktəbində Milli musiqi gününə həsr olunmuş bayram tədbiri keçirilib. Məktəbin direktoru Zaur Cəfərovun çıxışından sonra Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub. Tədbir məktəbin müəllim və şagirdlərinin hazırladığı konsert proqramı ilə davam edib.
   Şamaxı rayon İncəsənət təhsili mərkəzində Milli musiqi günü münasibətilə rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub. Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş söhbət açılıb. Tədbir bayram konserti ilə davam edib.
   * * *
   Sentyabrın 18-də Qusar Dövlət Ləzgi Dram Teatrı Milli musiqi günü münasibətilə tamaşaçılarına xüsusi kompozisiya təqdim edib.
   Mədəniyyət sarayının səhnəsində təqdim olunan proqramda kollektiv dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun” və başqa sevilən səhnə əsərlərindən parçalar nümayiş etdiriblər. Təqdimatlar qusarlı teatrsevərlər tərəfindən maraqla qarşılanıb.