Türkiyənin Ərciyəs Universitetinin əməkdaşı, arxeoloq alim Cəlil Arslan və Bakı Anadolu Türk Liseyinin əməkdaşları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.
   Muzeyin direktoru, akademik Nailə Vəlixanlı və arxeoloqlarla görüş zamanı əməkdaşlıqla bağlı müzakirələr aparılıb, muzey ilə Ərciyəs Universiteti arasında əlaqələrin əhəmiyyəti vurğulanıb. 2018-ci ildə muzeydə “Ənənəvi türk məzar daşları” adlı konqresin muzeydə təşkil olunması barədə ilkin razılıq əldə olunub.
   Qonaqlar muzeyin eksponatları ilə tanış olub, onlara muzeyin nəşrləri hədiyyə verilib.