Berlində fəaliyyət göstərən Azərbaycan-Almaniya Ziyalılar Birliyinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Evində dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 132-ci ildönümü və Milli musiqi gününə həsr olunmuş tədbir keçirilib. 
   Birliyin sədri Naibə Şirinova iştirakçılara Üzeyir Hacıbəylinin keçdiyi həyat yolundan, zəngin yaradıcılığından, milli musiqimizin inkişafında əvəzsiz xidmətindən danışıb. Bildirib ki, Şərqdə ilk operanın banisi olan Ü.Hacıbəyli öz yaradıcılığında Şərqlə Qərbin vəhdətini yaradıb. 
   Tədbirdə Almaniyada yaşayan azərbaycanlı musiqiçilərin ifasında bəstəkarın “Sənsiz” və “Sevgili canan” romansları səslənib, balaca həmvətənlərimiz Ü.Hacıbəylinin felyeton və miniatürlərindən hazırladıqları bədii kompozisiya və cənublu soydaşların iştirakı ilə hazırlanan "O olmasın, bu olsun" musiqili komediyasından səhnəciklər göstərilib. 

   Lalə