Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Rus Dram Teatrı yeni mövsümə rumın-fransız dramaturqu Ejen İoneskonun "Kral ölür" pyesi əsasında hazırlanmış "Mərasim" tamaşasının premyerası ilə başlayıb.
   Tamaşada Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak ediblər. Tamaşanı müşayiət edən orkestrin heyətində və kütləvi səhnələrdə universitetin tələbələri Pərvin Paşazadə, Ziya Bağırov, İlqar Paşayev, Hüseyn İbrahimov yer alıblar. Teatrın truppası ilə məşq edən tələbələr tamaşada uğurlu ifa nümayiş etdiriblər.