Sentyabrın 20-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində tanınmış pianoçu Riad Məmmədovun ustad dərsləri keçirilib. 
   Riad Məmmədov 2008-ci ildə Moskvada “Primavera Classica” Beynəlxalq festivalında ən yaxşı ifaya görə xüsusi mükafata layiq görülüb, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunudur. İfaçı kimi bir çox uğurlara imza atmış həmyerlimiz öz təcrübəsini məktəbin şagird və müəllimləri ilə bölüşüb.