Sentyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda növbəti dəfə Mahmud Kaşğarlı adına Beynəlxalq Fondun təsis etdiyi Mahmud Kaşğarlı mükafatının təqdimatı keçiriləcək.
   Fondun Azərbaycan üzrə sədri, “Ulu çinar” jurnalının baş redaktoru Elxan Zal bildirib ki, türk dünyasına xidmətə görə 2007-ci ildə təsis edilən bu mükafat indiyədək bir çox tanınmış simalara verilib. Beynəlxalq mükafat komissiyasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tatarıstandan elm və mədəniyyət adamları yer alıb.