Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə rayonda yerləşən Heydər Əliyev Mərkəzində kino mövsümünün açılışına həsr olunmuş tədbir keçirilib.
   İdarənin rəisi Tahir Əliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində atılan addımlardan danışıb. Bildirilib ki, mədəniyyət və turizm nazirinin imzaladığı əmrə əsasən, bu ildən etibarən sentyabrın 15-i ölkəmizdə həm də kino mövsümünün başlandığı gün kimi qeyd ediləcək. Regional idarəyə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında da həftədə üç gün Azərbaycanda istehsal olunmuş bədii, sənədli və cizgi filmlərinin ödənişsiz nümayişi həyata keçiriləcək.
   Tədbirin sonunda “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir” sənədli filmi göstərilib.
   * * *
   Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində də kino mövsümünə start verilib. 
   Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə regional idarənin aparıcı mütəxəssisi Novruz Kərimov çıxış edib.
   Diqqətə çatdırılıb ki, Gədəbəy rayon Aşıq məktəbində və Mədəniyyət mərkəzində, Göygöl rayonundakı Heydər Əliyev və Mədəniyyət mərkəzlərində, Daşkəsən rayonun Mədəniyyət mərkəzində kino mövsümü başlanıb. Qeyd olunan müəssisələrdə rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmi nümayiş olunub.