Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “D`ACCORDO” ansamblı “Barokko və renessans” adlı konsert proqramını təqdim edib. Ansamblın bədii rəhbəri İlahə Sadıqzadədir.
   Solo hissədə Fəridə Məmmədova (soprano) və Səbinə Əsədova (mezzo-soprano) çıxış ediblər.
   Konsertdə Tilman Suzato, Mixael Pretorius, Antonio Vivaldi, Georq Hendel, Luici Bokkerini və digər bəstəkarların əsərləri səsləndirilib.