Sentyabrın 22-də Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir konsert olacaq. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Türkiyənin Başkənd Akademik Orkestri çıxış edəcək.
   Gecədə həmçinin Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Konsert proqramında dahi bəstəkarın və bir sıra dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.