Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “İslam həmrəyliyi ili” çərçivəsində müsəlman ölkələrinin gəncləri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsinin qalibləri sentyabrın 18-də İsmayıllının Lahıc qəsəbəsinə səfər ediblər.
   Albaniya, Bosniya-Herseqovina, İndoneziya, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Misir, Özbəkistan, Pakistan, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkiyədən olan qaliblər səfər çərçivəsində Lahıcın tarixi və memarlıq abidələri ilə yaxından tanış olublar.
   Lahıc sənətkarlarının əl işləri gənclərin böyük marağına səbəb olub.