Ədəbiyyatımızın yaxın dostu, tanınmış özbək şair və tərcüməçisi Usman Kuçkar 65 yaşında dünyasını dəyişib.
   U.Kuçkar uzun illərdir ki, Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilinə tərcümə edir. O, xalq yazıçıları Yusif Səmədoğlunun “Qətl günü”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanlarını, hekayələrini özbək dilinə çevirib. U.Kuçkarın tərcüməsində Xalq şairi Sabir Rüstəmxanlının “Göy tanrı”, Yunus Oğuzun “Əmir Teymur”, “Şah arvadı və cadugər” romanları da özbək oxucularına çatdırılıb.
   Ötən il çap olunan “Müasir Azərbaycan poeziyası antologiyası” kitabının tərcüməçilərindən biri Usman Kuçkardır. “Wikipedia.org” elektron ensiklopediyasının Azərbaycan haqqında özbəkdilli versiyasının materiallarının tərcüməçiləri arasında Usman Kuçkar da var.
   Allah rəhmət eləsin.