Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfirliyinin mədəniyyət attaşesi, doktor Səid əl-Qidəm sentyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. G.Baxşəliyeva rəhbərlik etdiyi elm müəssisəsində ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan söz açıb.
   Səid əl-Qidəm Şərqşünaslıq İnstitutunda görülən işləri yüksək qiymətləndirib. Daha sonra o, Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Tədqiqat və Arxiv Fondu adından ölkəsinin mədəni həyatına həsr olunan kitabları Şərqşünaslıq İnstitutuna hədiyyə edib.
   Hədiyyəyə görə təşəkkürünü bildirən Gövhər Baxşəliyeva kitabların institutun ərəbşünas alimlərinin tədqiqat işləri üçün çox faydalı olacağını deyib.