Mingəçevir Turizm Kollecində “27 sentyabr Dünya turizm günüdür” mövzusunda konfrans keçirilib. Kollecin direktoru, professor Əyyub Əyyubov çıxış edərək turizmin dünyanın iqtisadi, mədəni və sosial həyatında önəmli rol oynadığını bildirib. O, turizm sahəsi üçün ixtisaslı kadrlar hazırlayan təhsil ocağının ötən 11 ildə gördüyü işlər, əldə etdiyi uğurlar barədə məlumat verib. 
   Qeyd edilib ki, hazırda kollecdə 12 ixtisas üzrə 1800-dən çox tələbə təhsil alır. Eyni zamanda müxtəlif ölkələrin turizm üzrə ali və orta ixtisas məktəblərinin təcrübəsi öyrənilir, kollecin müəllimləri beynəlxalq təhsil proqramlarında iştirak edir.
   Konfransda məruzələr dinlənilib, pedaqoji fəaliyyətində fərqlənən bir qrup əməkdaş fəxri diplomla mükafatlandırılıb.