28-29 sentyabr tarixində Həştərxan şəhərində Azərbaycan, İran, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə 3-cü Xəzər mediaforumu keçirilib.
   Mediaforumun açılışından əvvəl Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin sammitdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Tədbirin qonşu dövlətlər arasında təcrübə mübadiləsi və əməkdaşlığın möhkəmlənməsi üçün münasib məkan olduğu vurğulanıb.
   Mediaforum çərçivəsində Xəzər regionu ölkələrinin media vasitələrinin informasiya layihələrinin nümayişi keçirilib. Azərbaycan Televiziya və Radiosunun təqdim etdiyi “Azərbaycan. Odlar yurduna səyahət” və "Aranfilm" yaradıcılıq mərkəzinin təqdim etdiyi “Sarıbaş” sənədli filmi nümayiş etdirilib. Filmlərə görə AzTV-nin baş redaktoru Tural Orucov və "Aranfilm"in bədii rəhbəri Tahir Əliyev “İnsan və dəniz” nominasiyasında mükafata layiq görülüb.