Oktyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunan “Molla Pənah Vaqif: sələflər və xələflər - erkən yeni dövr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda respublika elmi konfransı keçiriləcək. 
   Tədbirdə şairin ədəbiyyatımıza verdiyi töhfələrdən söz açılacaq, həyat və yaradıcılığı, zəngin irsi barədə məruzələr dinləniləcək.