Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Xidmət mühəndisliyi və Biznes idarəçiliyi fakültələrinin I kurs tələbələri ilə görüş keçirilib.
   Rektor İlham Mədətov tələbə-gənclərə cəmiyyət həyatında layiqli mövqe tutmalarına vəsilə olan universitet illərində hər bir dəqiqənin belə qiymətini bilməyi tövsiyə edib, təhsildə uğurlar arzulayıb. 
   Xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova, Biznes idarəçiliyi fakültəsinin dekan əvəzi Anar Mirzəyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa, Keyfiyyət təminatı şöbəsinin bölmə rəhbəri Leyla Salmanova, Təcrübə bölməsinin rəhbəri Fikriyyə Məmmədova və digər struktur nümayəndələri fəaliyyətləri barədə məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıblar.