Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində tədbirlər keçirilib.
   Sumqayıt Dövlət Rəsm Qalereyasının əməkdaşları şəhər Gənclər evində fəaliyyət göstərən “nigArt studio” rəsm dərnəyində dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət səyyar sərgi keçirib. Sərgidə Ellada Həsənovanın “Gəlincik”, Cəmilə Hacınskinin “Butalar”, Nigar Qurbanovanın kiçik daşlar üzərində rəsmləri, Nigar Novruzovanın dərnək şagirdlərinin boşqablar üzərində xüsusi boya ilə çəkilmiş milli ornamentləri, Könül Allahverdiyevanın buta qabları və s. nümunələr nümayiş olunub.
   Şəhərdəki S.Vurğun adına Mərkəzi kitabxanada şair, Yazıçılar Birliyinin üzvü Sabir Yusifoğlunun "Dünya ilə heç-heçəyəm" adlı şeirlər kitabının təqdimatı keçirilib. 
   Nizami Gəncəvi adına kitabxana-klubda yazıçı-jurnalist Eyruz Məmmədovla görüş, MKS-nin M.Ə.Rəsulzadə adına filialında isə sumqayıtlı şairlərlə oxucuların görüşü təşkil olunub.