Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosunun dəstəyi ilə Azərbaycanın turizm imkanlarını əks etdirən yeni videoçarx hazırlanıb. “Red Bull” atleti Kenni Beleyin iştirakı ilə çəkilən videoçarxda Qobustan Milli tarixi-bədii qoruğu və palçıq vulkanları əks etdirilib. 
   Kenni Beley trial üslublu velosipedçidir və səyahətdə olan zaman belə velosiped sürmək üçün yeni yerlərin axtarışındadır. Bu dəfə onun hədəfi tarix etibarilə zəngin, quruluş etibarilə və üzərindəki qaya təsvirləri ilə unikal olan Qobustan qoruğu olub. Layihə “Land of Bull” (“Öküzlər diyarı”) adlanır və 10 oktyabr 2017-ci il tarixində dünya üzrə premyerası baş tutacaq.
   Kenni Beley videoçarxda Azərbaycanı tək klassik turizm üçün yox, həm də idman turizmi üçün cazibədar bir ölkə adlandırır və ölkənin bu istiqamətdə imkanlarının geniş olduğunu bildirir.
   Videoçarxı bu linkdə izləmək olar: 

https://www.youtube.com/watch?v=tMYyy05WmZs&feature=youtu.be