Oktyabrın 28-də Moskvada, Kreml Sarayında Avropa rəqsləri üzrə peşəkarlar arasında 2017-ci ilin dünya çempionatı keçiriləcək. Tanınmış rəqqaslar - Eldar Cəfərov və Anna Sajina cütlüyü ölkəmizi bu yarışmada təmsil edəcək.
   Turnir “Qazprom” və “NordStar” aviaşirkətinin dəstəyi ilə keçiriləcək. Çempionatın təşkilatçısı Rusiyanın Əməkdar incəsənət xadimi, Rusiya Rəqs İttifaqının prezidenti Stanislav Popovdur.