Estoniyalı yazar Kersti Kivirüüt “Küləklər şəhəri” əsəri ilə 2017-ci il ədəbiyyat müsabiqəsinin qaliblərindən biri olub.
   Macəra dolu əsər Bakıya həsr edilib. Kersti Kivirüütün dediyinə görə, bu kiçik əsərdə sevdiyi Azərbaycandan yazmaq ona çox xoş olub. Əsərin yazılmasında Tur Heyerdalın hipotezindən, atəşpərəstlik və şimal ölkələri mifologiyasından istifadə edilib. Əsərdə müxtəlif dövrlərdəki hadisələrə toxunulur. İkinci epizodda yazıçı oxucuları Qarabağdan didərgin düşmüş Əhmədlə və onun yaşadığı dəhşətli faciə ilə tanış edir.
   “Küləklər şəhəri” əsəri yaxın aylarda eston dilində işıq üzü görəcək və geniş oxucu kütləsinin müzakirəsinə veriləcək.