Noyabrın 10-dan 12-dək Rumıniyanın Sibiu şəhərində “Mozaic” caz festivalı keçiriləcək. Əməkdar artist İsfar Sarabski noyabrın 10-da festivalda konsert proqramı ilə çıxış edəcək. İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya və Gürcüstanda keçirilən festivallarda iştirak edib, 2009-cu ildə Montrö Caz Festivalının qalibi olub, caz kompozisiyalarının müəllifidir. 2011-ci ildə Aleksandr Maşin (zərb alətləri) və Makar Novikovla (kontrabas) birlikdə caz triosu (“İsfar Sarabskinin triosu”) yaradan cazmen həmçinin tanınmış orkestr və ifaçılarla birgə konsert proqramları təqdim edib.