Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi Asiya Dünya Film Festivalında nümayiş olunacaq.
   C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, festival oktyabrın 25-dən noyabrın 2-dək ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.
   Festival qitə kinosunun il ərzində seçilmiş ekran əsərlərinin Hollivudda tanınması, Asiya ölkələri və ABŞ kino sənayeləri və kinematoqrafçıları arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.
   Festivalda Asiya qitəsindən 20 film göstəriləcək. “Nar bağı” da daxil olmaqla 12 ekran əsəri Amerika Kino Akademiyasının “Oskar” mükafatına (“Xarici dildə ən yaxşı film” nominasiyası) namizəddir.