Hərbi hissədə ədəbi-musiqili tədbir
   
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan şəhər Mədəniyyət mərkəzi N nömrəli hərbi hissədə “Sən qalib gələcəksən” adlı ədəbi-bədii tədbir təşkil edib.
   Mədəniyyət mərkəzinin direktoru Eldəniz Mustafayev hərbi hissənin komandanlığını, şəxsi heyəti salamlayaraq təbriklərini çatdırıb və Cabir Novruzun “Azərbaycan” şeirini söyləyib. 
   Mərkəzin nəzdində fəaliyyət göstərən “Kür” vokal instrumental ansamblı və solistlər bir-birindən rəngarəng musiqi nömrələri ilə tədbirə rəng qatıblar.
   Qonaq qismində dəvət olunan incəsənət ustaları Yusif Mustafayev, Elşad Qarayev, gənc müğənnilər də hərbçilərə musiqi çələngi ərməğan ediblər. 
   Tədbirin sonunda hərbi hissənin komandanlığı mədəniyyət işçilərinə, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.